Şənbə, 04 May

"İçimdəki qadın" kitabı 2 milyondan çox satıldı

image

Məşhur müğənni Britni Spirsin ötən ilin oktyabrında təqdim etdiyi "İçimdəki qadın" (The Woman in Me) kitabı satış rekordu qırıb. 

Xəbər verilir ki, popçunun artıq 5-ci dəfədir nəşrə buraxılan kitabının 2 milyondan çox nüsxəsi satılıb.

Bununla da kitab "New York Times"ın ən çox satılanları siyahısına daxil olub.

Dünyada sensassiyaya səbəb olan nəşrdə Britni şəxsi həyatına aid bir çox məqamlara toxunub. O kitabda "Mickey Mouse Club"da keçirdiyi günlərdən, karyerasındakı yüksəlişdən və bunun həyatına təsirindən bəhs edib.

Nəşrdə Britnin atası ilə 13 illik məhkəmə prosesi də yer alıb. Kitabda Spirsin, Castin Timberleyklə sevgili olmağından, hamilə qalmağından və uşağı abort etdirməsindən də bəhs edilir. 

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15